“9 May Azərbaycanda dövlət bayramıdır. Əgər sülhməramlı qüvvələr Xocalı hava limanında parad keçirmək istəyirsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə "komandoları"nın göndərilməsini təklif edirəm. Bu yüksək səviyyəli bir tədbir olacaq!”
Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz feysbuk hesabında yazıb.
Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələri, Xocalı hava limanında 1941-1945-ci il Böyük Vətən müharibəsində qalibiyyətə həsr olunmuş təntənəli keçid üçün təlimlərə başladığına dair Ermənistan mətbuatında xəbərlər yayılıb. Məşqlərə 400-ə yaxın hərbçinin cəlb olunduğu bildirilib.