Ölkəyə gətirilən benzin kəskin ucuzlaşıb: SOCAR qiymətləri niyə aşağı salmır? - QİYMƏTLƏR


Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xaricdən 11 min 934,35 ton (15 milyon 908,5 min litr) “Aİ-95” markalı benzin gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 45 sent (76 qəpik) təşkil edib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə bundan təxminən 2 dəfə az 6 min 694,78 ton (8 milyon 924 min litr) “Aİ-95” markalı benzin idxal olunub və idxal olunan benzinin 1 litrinin gömrük dəyəri 62 sent (1 manat 5 qəpik) təşkil edib.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə ölkəyə gətirilən “Aİ-95” markalı benzinin miqdarı 2 dəfə artıb, gömrük dəyəri isə 27% azalıb.
Onu da qeyd edək ki, hazırda yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzinin 1 litrinin satış qiyməti 1 manat 25 qəpiyə bərabərdir.
Xatırladaq ki, Azərbaycana “Aİ-95” markalı benzini SOCAR-ın törəmə şirkəti olan “SOCAR Petroleum” QSC gətirir. “Aİ-95” markalı benzinin qiyməti artırılan zaman “SOCAR Petroleum” bunun səbəbini idxal olunan benzinin bahalanması ilə əlaqələndirib. Lakin, maraqlıdır ki, son bir ildə “Aİ-95” markalı benzini idxal qiyməti 27% ucuzlaşsa da, bu ucuzlaşma daxili bazarda hiss olunmur.
A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top