
Kolumbiya Rusiyaya aid təyyarənin ölkənin hava məkanını pozması ilə əlaqədar etiraz notası göndərib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, nota Kolumbiya Xarici İşlər Nazirliyi tərəfindən Rusiyanın Kolumbiyadakı səfirinə verilib. Bildirilib ki, 19 aprel tarixində Rusiyaya aid təyyarə Kolumbiya hava sahəsini pozub. Bu səbəblə hökumət sərt etirazını bildirilib və dərhal bu məsələyə aydınlıq gətirilməsini istəyib.