Kağız, əhəng, təbaşir yemək istəyi - Dəmir defisitinin əlamətləri


Orqanizmdə dəmir nədir? Niyə qanazlığında dəmir azalır?

Dəmir hemoqlobinin yaranmasında əsas rol oynayır.
Orqan və toxumaları oksigenlə təmin edir, eləcə də DNT genetik materialın qurulmasında lazımdır. Dəmirin sayəsində orqanizm inkişaf edir, bir çox sistemlər işləyir.
Dəmir defisitinin təhlükəli əlamətləri:
1. Saç, dəri, dırnaqların korlanması, qırılması, quruması
2. Selikli qişaların zədələnməsi – ağız boşluğu, boğaz, damar, qulaqda yaralar, qızarmalar
3. Dad bilmənin dəyişməsi, insan kağız, təbaşir, əhəng yemək istəyi
4. Yaddaş zəifləyir, beyin yorulur, intellekt aşağı düşür
5. Ürəkdə ritm pozulması, taxikardiya, aritmiya, təzyiqin düşməsi
6. Başgicəllənmə, halsızlıq
7. Gec sağalan yaralar, zədələr, bakterial infeksiyalar
8. Arıqlamaq, çəki itkisi, uşaqlarda boy, bədənin inkişafdan qalması, əzələlərin əriməsi
9. Təngnəfəslik, döş qəfəsində ağırlıq, ayaqda, əllərdə şişkinlik

//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top