Həbsdə olan sabiq deputat aclıq aksiyasını dayandırdı


Vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev səhhəti pisdir.

Bu barədə onun vəkili Elçin Sadıqov feysbuk hesabında paylaşım edib.

Vəkilin paylaşımından o da bəlli olub ki, H.Abdullayev bir neçə gündür keçirdiyi aclıq aksiyasını artıq dayandırıb: “Bu gün 10 saylı cəzaçəkmə müəssisəsində Hüseyn Abdullayevlə görüşdüm. Bədəninin abdominal hissəsində və aşağı ətrafında kəskin sancılar olduğunu, mədəsindən qan gəldiyini bildirdi. Nə aclıq dövründə, nə də ki, sonra tibbi yardım göstərilmədiyini bildirdi”.

Vəkil qeyd edib ki, hazırda onun təcili olaraq əsaslı tibbi müayinəyə və tibbi yardıma ehtiyacı var.

DİGƏR XƏBƏRLƏR

Top