Altı ay komada qalandan sonra bu gün şəhid olan Vətən müharibəsi iştirakçısı Nurlan Əbilovun cənazəsi Masallı rayonuna gətirilib.
Qəhrəmanımız doğulduğu Ağakişibəyli kəndində torpağa tapşırılıb.
N. Əbilov bu gün səhər saat 7:00-da şəhidlik zirvəsinə yüksəlib.
Xatırladaq ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən itirib, anası isə 4 il öncə rəhmətə gedib. O, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Yaralanandan da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.
Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.