Çexiya Rusiyanın 20 diplomatla bağlı addımına cavab verdi


Rusiya tərəfindən Çexiyanın 20 diplomatına “persona non grata” elan edilməsinə Çexiya Daxili İşlər Nazirliyindən cavab verilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, məsələyə Çexiya tərəfdən ölkənin Daxili İşlər Nazirliyinin başçısı Yan Xamaçek münasibət bildirib:
"Rusiyanın reaksiyası gözlədiyimizdən daha güclü oldu. Daha çox çexiyalı diplomat geri göndərildi. Ümid edirik ki, hər şey ləyaqətlə davam edəcək və Rusiya tərəfindən bizim üçün sürpriz addım atılmayacaq".
Nazir həmçinin qeyd edib ki, bu addım 30 nəfərlik işçisi olan Çexiya diplomatik nümayəndəliyinin fəaliyyətini iflic vəziyyətə salıb.
Xatırladaq ki, Çexiya 2014-cü ildə ölkədə silah-sursat anbarında baş verən partlayışla rusiyalı diplomatların əlaqəsi olduğunu bildirərək, 18 rus diplomatını ölkədən çıxarmışdı. Çexiyanın bu qərarından sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın da Çexiyaya cavab verəcəyini elan etmişdi. Rus diplomatların istənməyən şəxs elan olunmasına etiraz olaraq Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka Rusiya XİN-ə çağrılmış, bundan sonra Çexiyanın 20 diplomatı istənməyən şəxs elan edilərək, onların ölkəni tərk etmələri tələb olunmuşdu.
 

DİGƏR XƏBƏRLƏR

Top