
Sosial şəbəkələrdə Lənkəran şəhərindəki “Zabitlər evi”nin sökülməsi ilə bağlı iddialar yayılıb.
Yeniavaz.com xəbər verir ki, 50 ildən çox yaşı olan binanın həyətyanı sahəsi ilə birlikdə çəpərləndiyi və sökülərək yerində iaşə obyekti tikiləcəyi iddia olunur.
Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, iddialar əsassızdır. Binanın ətrafının çəpərlənməsinin isə təmirlə əlaqədar olduğu qeyd edilib.
