Suriya parlamentinin sədri Hammud Sabaq prezidentliyə ilk namizədin adı açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Suriyada 26 may tarixində keçiriləcək prezident seçkilərinə ilk namizəd Abdullah Sallum Abdullah adlı şəxsdir. Onun 1956-cı ildə Hələbdə anadan olduğu bildirilib. Hammud Sabaqın sözlərinə görə, Suriyada prezidentliyə namizəd olmaq üçün 28 aprelə qədər davam edəcək. Ancaq, hazırkı prezident Bəşər Əsəd hələlik prezidentliyə namizədliyini irəli sürməyib.