Yaponiyanın iki şəhərində yoluxma kəskin artdı, fövqəladə hal elan oluna bilər


Yaponiyanın Tokio və Osaka şəhərlərində koronavirusa yoluxma sayı artdığı üçün fövqəladə hal elan olunması ilə bağlı xəbərdarlıq edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tokio və Osaka şəhərlərinin merləri məlumat verib. Tokio meri Koike Yuriko koronavirusa yoluxma halları azalmadığı təqdirdə fövqəladə hal elan olunacağını qeyd edib.
Osaka meri Yoşimura Hirofumi da bildirib ki, ötən həftədən bəri günlük koronavirusa yoluxma halı 1000-dən çox olub. O da həmçinin vurğulayıb ki, yoluxma azalmasa şəhərdə föqəladə hal elan ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top