Qarabağda öldürülən erməni hərbçiyə verilən medal taksilə göndərildi, ailəsi üsyan etdi


Qarabağda öldürülən erməni hərbçinin ailəsi övladlarına medalın təqdim edilmə şəklinə görə, Paşinyan hökumətini tənqid edib.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Hadrut döyüşləri zamanı öldürülən erməni hərbçi Robert Karapetyana medalı taksi sürücüsü gətirib. Bunun görən ailə hökumətə qarşı etirazlarını bildiriblər. Özünü ölən hərbçinin xalası kimi təqdim edən Hasmik Martirosyan bildirib ki, bu, ölən hərbçilərə edilən böyük hörmətsizlikdir:
“Siz insanların, qəmini, kədərini təhqir etdiniz, bu medal deyil, bizə qarşı edilən hörmətsizlikdir. Siz, bununla necə pis bir iş gördüyünüzü anlayırsınızmı?”.
Məsələ ilə bağlı Ermənistan ordusu tərəfindən açıqlama verilib. Bildirilib ki, mükafatı Karapetyanın qohumlarına taksi sürücüsü deyil, Karapetyanın xidmət etdiyi bölmə ilə birlikdə döyüşən tağım komandiri Edgar Apresyan aparıb. O, əsgərin yaxınları ilə evlərində görüşmək istəyib ancaq onlar bu təklifi rədd edib.

DİGƏR XƏBƏRLƏR

Top