Navalnının halı pisləşdi, haqqında yeni qərar verildi


Rusiyalı müalifətçi Aleksey Navalnının halı pisləşib.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Navalnı səhhətinin pisləşməsi səbəbilə saxlanıldığı həbsxanadan regional xəstəxanaya köçürülüb. 
Qeyd edək ki, artıq bir neçə aydır həbsxanada saxlanılan Aleksey Navalnıya tənəffüs yollarının kəskin respirator infeksiyası diaqnozu qoyulub. ABŞ hökuməti məsələ ilə bağlı dünən açıqlama verərək Navalnının ölüm ehtimalının çox olduğunu və bu baş verdiyi təqdirdə Rusiyanın cavab verəcəyini bildirmişdi. 
Məlumat üçün deyək ki, Navalnı hələ 2 il 6 ay həbsxanada qalacaq. 

DİGƏR XƏBƏRLƏR

Top