
Xəbər verdiyimiz kimi, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda xaricdən 28 milyon 244 min 920 ədəd tibbi maska gətirilib və tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 2,9 sent və ya mövcud məzənnə ilə 5 qəpik olub.
Yeniavaz.com xəbər verir ki, tibbi maska ən çox Çindən idxal edilib. Bu ilin ilk 2 ayı ərzində Çindən 16 milyon 959 min ədəd tibbi maska gətirilib. Ən az maska isə Polşadan gətirilib. Bu ölkədən 2 ay ərzində Azərbaycana cəmi 100 ədəd maska idxal olunub.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana aşağıdakı ölkələrdən tibbi maska idxal edilib:
| ÖLKƏLƏR | Tibbi maskanın SAYI (ədəd) | Bir ədədin QİYMƏTİ |
| Çin | 26 959 000 | 5 qəpik |
| Türkiyə | 755 640 | 11 qəpik |
| Gürcüstan | 250 000 | 27 qəpik |
| İordaniya | 250 000 | 5 qəpik |
| Cənubi Koreya | 30 000 | 5 qəpik |
| B. Britaniya | 180 | 7,8 manat |
| Polşa | 100 | 17 qəpik |
| CƏMİ | 28 244 920 | 5 qəpik |
Tətbiqimizi yükləyə bilərsiniz