Rinqdə uduzan Kadırovun oğlu qalib elan olundu – Kadırov da izləyirmiş – VİDEO


Çeçenistan lideri Ramzan Kadırovun 13 yaşlı oğlu Adam boks müsabiqəsi zamanı rəqibinin zərbələrinə məruz qalan zaman görüşün hakimi oyunu saxlayıb.
Yeniavaz.com
“Ekhokavkaza”ya istinadla xəbər verir ki, bu zaman hakim, ayaq üstə düz dayanan Adamın rəqibi Aslan Battirova səkkizə kimi saymağa başlayıb. Say bitəndən sonra isə boksçunun məşqçisi rinqə dəsmal ataraq onun məğlubiyyətini rəsmiləşdirib. Sosial şəbəkələrdə yayılan kadrlarda Battirovun özünün isə təəccüblə əllərini yana açdığı görünür.
Qeyd edək ki, sözügedən turnir aprelin əvvəlində Qroznıda keçirilib və Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunub. İzləyicilər arasında Çeçenistan lideri Ramzan Kadırov da olub.

DİGƏR XƏBƏRLƏR

Top