DİN 7 yaşlı qızın atalığı tərəfindən döyülməsi iddiasını araşdırır – RƏSMİ + FOTOLAR


“Mənə zəng vurub bildiriblər ki, UPD Keşlədə azyaşlı qızcığaz atalığı tərəfindən mütəmadi şiddətə məruz qalır, anası da heç bir reaksiya vermir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri uşaq hüququları müdafiəçisi və Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün “facebook” səhifəsində yazıb. O, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşının, azyaşlıya heç nə olmadığını əsas gətirərək təhqiqat başlatmadığını iddia edib:
“Mən də bununla bağlı hara müraciət etməli olduqlarını izah etmişəm və qonşular da doğru addımları atıblar. Uşaq da danışdırılıb. Və valideynlər, bildiyim qədər izahatlarının alınması üçün bölməyə də dəvət olunublar. 37-ci bölmənin bu işi aparmağı belə özünə rəva bilməyən təhqiqatçısı Aqil müəllim telefon danışığında bildirir ki, heç bir təhqiqat başlamayıb, çünki uşağa heç nə olmayıb! Aqil müəllim deyir ki, qonşular qərəzlidir! Zəhmət olmasa bu şəkillərə diqqətlə baxın. Necə də heç nə olmayan fotolardır”.





DİN Mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev Yeniavaz.com-a açıqlama verərək bildirib ki, müraciət əsasında araşdırma aparılır və araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top