Rusiya Çexiyanın ittihamlarına cavab verdi: "ABŞ-ın ifşa olunduğu bir vaxtda ..."


“Rəsmi Praqa Moskvaya qarşı ittihamlarla dolu siyasətini davam etdirərsə, Rusiya ilə Çexiya arasındakı diplomatik münasibətlər dondurula bilər”.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurası beynəlxalq işlər komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov deyib. Onun sözlərinə görə, indi Çexiya ilə münasibətlərə son qoymaq doğru deyil çünki, daha sonra münasibətləri bərpa etmək çətin olacaq:
“Çexiya uydurma arqumentlərdən yapışaraq Rusiyanı məsuliyyətsiz bir şəkildə ittiham etdi. Bu, ABŞ-ın Aleksandr Lukaşenkonu məhv etmək və dövlət çevrilişi etmək cəhdinin ifşa olunduğu bir zamanda baş verib. Çexiya belə bir addım atmaqla ABŞ-ı dəstəklədiyini göstərmək istəyir”.
Qeyd edək ki, Çexiya 2014-cü ildə ölkədə silah-sursat anbarında baş verən partlayışın rusiyalı diplomatlarla əlaqəli olduğunu açıqlayaraq 18 rus diplomatı qovduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top