
Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Cahid Bağcı Azərbaycana gəlir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bağçı öz tviter hesabında paylaşım edib:
“Yeni bir vəzifə üçün yola çıxdıq. Allah başlayacığımız hər bir işi doğru şəkildə görməyi nəsib etsin, yolumuzu və işimizi xeyirli, məhsuldar və asan etsin, gücümüzü artırsın və köməyimiz olsun”.