Xəstəliyə səbəb olduğu deyilən “Johnson & Johnson” peyvəndinin istifadəsi dayandırılır?


ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru və Ağ Evin sağlamlıq məsləhətçisi Antoni Fausi “Johnson & Johnson” peyvəndinin yenidən istifadə edilə biləcəyini bildirib.
Yeniavaz.com
“İnterfax”a istinadən xəbər verir ki, Fausi vaksinlə bağlı qərarın bu həftə veriləcəyini bildirərək peyvəndin istifadəsinin dayandılacağını düşünmədiyini vurğulayıb.
Xatırladaq ki, ötən həftə ABŞ Qida və Dərman İdarəsi (FDA) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) 6 qadının beynində qan laxtalanmasına səbəb olduğu üçün peyvəndin istifadəsinin dayandırılmasına qərar vermişdi.
Qeyd edək ki, bu vaxta kimi ölkədə 7 milyon insana “Johnson & Johnson” peyvəndi vurulub.

DİGƏR XƏBƏRLƏR

Top