Daha bir müəllim koronavirusdan vəfat etdi


Bakıda 42 nömrəli məktəbin ibtidai sinif müəllimi Sara Rzayeva koronavirusdan vəfat edib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müəllimin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 65 yaşlı müəllim aprel ayının əvvəllərində koronavirusa yoluxub. Aprelin 17-də müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) dünyasını dəyişib. 

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris distant formada təşkil olunur.

DİGƏR XƏBƏRLƏR

Top