Şagirdlərin imtahana buraxılmadığına görə məktəb rəhbərliyi cəzalandırılacaq - YENİLƏNİB

Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdinin texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problem şagirdlərin xeyrinə müsbət həllini tapıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bu barədə valideynlərə məlumat verilib: “Belə ki, onların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub. Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər. Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək”.

Xatırladaq ki, adıçəkilən məktəbdə təhsil alan şagirdlərin valideynləri bu gün Təhsil Nazirliyinin qarşısında aksiya keçirib.

***11:22
Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni Təhsil Nazirliyinin qarşısına toplaşıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, valideynlər buraxılış imtahanında iştirak edə bilməyən övladlarının aqibəti ilə bağlı nazirliyin rəsmi nümayəndələri ilə görüşmək istəyib.

Nazirlikdən bildirilib ki, həmin məktəbdə təhsil alan 30-yaxın 11-ci sinfirin şagirdlərinin adı qeydiyyata salınsa da, təsdiq olunmayıb:

“Məsələ araşdırılaraq şagirdlərin valideynləri ilə danışıqlar aparıldı və işin müsbət həll olunacağı barədə qərar qəbul edildi”.

DİGƏR XƏBƏRLƏR

Top