Sarkisyandan sonra 1-ci Aram da təxribatçı açıqlama yaydı – "Türk türkdür, nə etsə də..."


Dünyadakı Erməni Qriqoryan Kilsəsinin iki əsas mərkəzindən biri - Livanda yerləşən Kilikiya kilsəsinin katolikosu 1-ci Aram türklərə qarşı təxribatçı çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, 1-ci Aram öz “facebook” səhifəsində atasının ona verdiyi “nəsihət”dən danışıb. O bildirib ki, təxminən on il əvvəl, tanınmış bir türk tarixçisi onunla görüşərək “erməni soyqırımı” barədə kitab yazmaq istədiyini deyib: “Mən onunla görüşəndə atam mənə zəng edib dedi ki, “türkün orada nə işi var?”. Cavab verdim ki, “bu türk digər türklər kimi deyil, “erməni soyqırımı” haqqında kitab yazmaq istəyir”. Atam cavab verdi ki, “oğlum, türk türkdür, nə etsə də, danışsa da, yazsa da türkə inanma".
Qeyd edək ki, son günlər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması, bölgədə kommunikasiya bloklarının açılması istiqamətində addımlar atılmağa başlayıb. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın, “münasibətlərin normallaşması ermənilərin xeyrinədir, iqtisadiyyatımız güclənəcək” - deyə səs yazısı yayılıb. Belə bir vaxtda başda Ermənistan prezidenti Armen Sarkisyan olmaqla bəzi ermənilər hələ də təxribatçı çıxışlar edir, özlərinin xeyrinə olduqlarını bilə-bilə münasibətlərin yaxşılaşmasına qarşı çıxırlar. Dünən Armen Sarksiyan çıxış edərək, “Erməni xalqının maraqları üçün olsa belə Türkiyə və Azərbaycanla münasibətlərin bərpası və normallaşması ola bilməz. Keçmişdə baş verənləri unuda bilmərik” - deyə bildirmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top