Çexiya 7 il əvvəl baş verən müəmmalı hadisədə Rusiya diplomatlarını günahlandırdı


Çexiya 18 rus diplomatı ölkədən qovdu. 
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, Çexiya hökuməti 2014-cü ildə ölkədə silah-sursat anbarında baş verən partlayışı rusiyalı diplomatların təşkil etdiyini bildirib. Bu səbəblə 18 diplomatın ölkədən qovulduğunu açıqlayıb. Həmin diplomatların Rusiya xüsusi xidmət orqanlarının işçisi olduğu vurğulanıb. 
Qeyd edək ki, bu hadisə Rusiya-Ukrayna arasında yaşanan diplomat qalmaqalından sonra baş verdi. Belə ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburq şəhərindəki Ukraynın baş diplomatını gizli yollarla məlumat əldə edərkən saxlamışdı. Daha sonra Ukrayna buna adekvat cavab olaraq Rusiya diplomatına ölkədən çıxmaq üçün vaxt vermişdi. 

DİGƏR XƏBƏRLƏR

Top