Daha bir iranlı general, SEPAH komandiri dünyasını dəyişdi


İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin rəis müavini general  Seyyid Məhəmməd Hüseyni Hicazi dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Seyyid Məhəmməd Hüseyninin uzun illər Səddam Hüseyn ordusuna qarşı vuruşub və SEPAH-ın müxtəlif ölkələrdə olan qüvvələrinə rəhbərlik edib. O, SEPAH-ın Qüds qüvvələrinin sabiq komandiri Qasım Süleymaninin qətlindən sonra həmin birliyin rəis müavini təyin edilmişdi. Seyyid Məhəmməd Hüseyninin Qasım Süleymaniyə yaxınlığı ilə tanındığı bildirilir. 
Xatırladaq ki, Qasım Süleymani ötən ilin yanvar ayında ABŞ PUA-ları vasitəsilə hava limanından çıxarkən qətlə yetirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top