
İranda zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ria.ru” məlumat yayıb. Bildirilib ki, İranın cənubunda, nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr şəhərindən 103 kilometr şimal-qərbdə 5.6 bal gücündə zəlzələ baş verib. İtki və ya dağıntı barədə hələlik heç bir məlumat verilməyib.