Ukraynada Azərbaycan vətəndaşı öldürüldü - VİDEO


Ukraynanın paytaxtı Kiyevdə Meşə massivində qətl hadisəsi olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “kyivnews.24tv.ua” məlumat yayıb. Bildirilib ki,  18 aprel gecə saatlarında azərbaycan vətəndaşı bıçaqlanaraq öldürülüb.
Hazırda qətl baş verən yerdə araşdırma aparılır.
Şahidlərin sözlərinə görə, həmin kişi gül mağazasında çalışıb. Hadisə baş verən yer mağazanın yaxınlığındadır. Öldürülən azərbaycanlının 35-40 yaşlarında olduğu bildirilir. Adı hələlik açıqlanmayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top