Eldar Quliyev dəfn edildi - FOTO - YENİLƏNİB


Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub.

O, vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.
Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib.
Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.
Xatırladaq ki, rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub. (apa)

***12:30
Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi başa çatıb.

Mərasimə mərhumun ölkə xaricində yaşayan qızları Nərmin və İradə Quliyeva da gəlib çatıb.
(apa)
***12:42
Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

Mərasim “Təzə Pir” məscidində təşkil olunub.
Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. (apa)

 

 

DİGƏR XƏBƏRLƏR

Top