Gədəbəydə ikimərtəbəli ev yanıb


Gədəbəydə ev yanıb.
Yeniavaz.com
-un Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top