Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı


Qadın güləşi üzrə Azərbaycan milli komandasının Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Federasiyanın Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, aprelin 18-də baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında 5 xanım pəhləvan səfərə çıxacaq.
Azərbaycanı Mariya Stadnik (50 kq), Tatyana Varansova (53 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, aprelin 20-də qadın güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Stadnik, Manolova və Əliyeva, aprelin 22-də Varansova ilə Netreba mübarizəyə start verəcək.

DİGƏR XƏBƏRLƏR

Top