Vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25711 vaksin vurulub. 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 693 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 325 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 879 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 678 təşkil edir. 

DİGƏR XƏBƏRLƏR

Top