Vətən müharibəsindən geniş reportaj hazırlayan jurnalist beynəlxalq mükafata namizəddir - VİDEO


Vətən müharibəsindən “Azərbaycanın müharibə cəbhələrində” adlı geniş reportaj hazırlayan “Vice News” xəbər kanalının jurnalisti Hind Hassan Britaniyanın nüfuzlu “One World Media” mükafatına namizədlər siyahısına daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat yerləşdirilib.
H. Hassan sözügedən reportajla birgə daha bir neçə belə materialla “İlin jurnalisti” nominasiyası üzrə mükafata namizəddir.
Qeyd edək ki, reportajda hərbi əməliyyatlar zamanı ermənilərin mülki əhaliyə qarşı törətdikləri cinayətlər əks olunur.
Məlumat üçün bildirək ki, “One World Media” mükafatı dünya KİV-də əksini tapmış ən yaxşı materiallara təqdim olunur.
Mükafatın qalibləri bu il, iyunun 18-də açıqlanacaq.
“Azərbaycanın müharibə cəbhələrində” adlı reportajı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top