Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib - FOTO


Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədilə reyd keçirilib.
Yeniavaz.com xəbər verir ki, reydin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsindən ibarət olub. Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb, onların mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.Atmosferə normadan artıq dəm qazı buraxan 18 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top