
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynanın Sankt-Peterburqdakı baş konsulu Aleksandr Sosonyukunu saxlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya FTX tərəfindən yayılıb. İddia edilir ki, baş konsulun saxlanılmasına səbəb Rusiyaya qarşı məxfi məlumat əldə etməsi olub. Ona təhlükəsizlik xidmətinə məxsus məlumatları ötürməkdə şübhəli bilinən Rusiya vətəndaşının adı açıqlanmayıb.
Baş konsulun saxlanılması ilə bağlı açıqlamada qeyd olunub ki, onun etdiyi hərəkətlə tutduğu vəzifə bir-birinə tərsmüntənasibdir və bu Rusiyaya qarşı açıq düşmənçilikdir.