Azərbaycanda deputatın babasından qalma antikvar samovar oğurlanıb - YENİLƏNİB


Azərbaycanda deputatın qardaşının evindən oğurluq edilib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, rayon sakini, Milli Məclisin deputatı Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli ona məxsus evdən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət edib.

"Bakıya getmişdim, qayıdandan sonra gördüm ki, evimizə oğrular girib. Oğrular evdə müəyyən ziyanlı işlər görüblər. Samovar babalarımızdan qalma əşya idi və antikvar idi", - zərərçəkən F.Kərimli deyib.

Hadisəni törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır

Məlumat üçün bildirək ki, Fəxrəddin Zayıdağa oğlu Kərimli 2020-ci ildə Milli Məclisə keçirilən seçkilər zamanı T.Kərimlinin rəhbəri olduğu Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi olub.

***09:31

Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evindən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top