Son bir ildə əhalinin gəlirləri azalıb, xərcləri artıb - RƏSMİ


Bu ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri 13 milyard 455,9 milyon manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin eyni dövrünə nisbətən əhalinin gəlirləri 1,1% azalıb.
Məlumatü üçün bildirək ki, son 3 ayda əhalinin hər nəfəri orta hesabla 1 345 manatlıq gəlir ədə edib və bunun 125 manatı icbari və könüllü ödənişlərə sərf olunub. Nəticədə son 3 ayda hər bir nəfərin gəliri orta hesabla 1 220 manat olub. 
Onu da qeyd edək ki, rəsmi məlumatlarda ötən ilin ilk 3 ayında hər bir nəfərin gəlirinin builkindən orta hesabla 5 manat çox - 1 225 manat olduğu bildirilir. 
Ötən illə müqayisədə insanların gəlirləri azalsa da ərzaq məhsulları, içkilər və siqaretə xərclədiyi pullar artıb. Belə ki, son 3 ayda hər bir nəfər ərzaq məhsulları, içkilər və siqaretə orta hesabla 519 manat xərcləyib. Ötən ilin eyni dövründə bu rəqəm 486 manat olub. 
Rəqəmlərdən də göründüyü kimi, insanların gəlirləri 5 manat azalsa da, ərzaq məhsulları, içkilər və siqaretə xərclədikləri vəsait 33 manat artıb. 
Qeyri-ərzaq mallarına xərclənən vəsait isə son bir ildə azalıb. Ötən ilin ilk 3 ayında hər bir nəfər qeyri-ərzaq mallarına orta hesabla 442 manat, bu ilin ilk 3 ayında isə 436 manat xərcləyib.

DİGƏR XƏBƏRLƏR

Top