Azərbaycanda son sutkada COVID-19-dan sağalanlar yoluxanlardan çox olub - RƏQƏMLƏR


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2163 yeni yoluxma faktı qeydə alınıb, 2252 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 296 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 193 nəfər müalicə olunaraq sağalıb, 4077 nəfər vəfat edib, aktiv xəstə sayı 32104 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top