“Garant Holding”ə bağlı şirkət “Gilan Holding”i məhkəməyə verdi


"Fortis Group" MMC "Gilan Holding" MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə baxışı bu gün - 16.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək.
Açıqlanan məlumata görə, məhkəmə iddiasının səbəbi tərəflər arasındakı alqı-satqı müqaviləsi üzrə mübahisədən irəli gəlir. 
Onu da qeyd edək ki, “Fortis Group” MMC vaxtı ilə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Garan Holding”in törəmə müəssisəsi olub. “Gilan Holding” MMC-yə isə vaxtı ilə hazırda fövqəladə hallar naziri olan Kəmaləddin Heydərovun oğlanları – Tale və Nicat Heydərovlar rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top