Peskovdan Putinin səhhəti ilə bağlı AÇIQLAMA


Kreml sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin səhhəti barədə açıqlama verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Peskov Putinin özünü tamamilə yaxşı hiss etdiyini bildirib:
“Prezident dünənki kimi bu gün də özünü tamamilə yaxşı hiss edir".
Məlumat üçün deyək ki, bir neçə aydır Putinin səhhətinin pisləşdiyi barədə iddialar yayılıb. Ancaq, Kreml dəfələrlə bu informasiyanın yalan olduğunu açıqlayıb.
Həmçinin qeyd edək ki, Putinə 23 martda koronavirusa qarşı peyvəndin ilk dozası, aprelin 14-də isə 2-ci dozası vurulmuşdu. Vaksinin Rusiya prezidentində heç bir yan təsir göstərmədiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top