Gürcüstanda banka silahlı hücum olub


Gürcüstan bankının Avlabari rayonunda yerləşən filialına hücum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Rustavi-2 TV” telekanalı məlumat yayıb. Soyğunçuluq edən naməlum şəxs bir neçə nəfəri girov götürüb. Sonradan girovların hamısı sərbəst buraxılıb və soyğunçu həbs edilib.
Şahidlər əvvəlcə hücumda bir neçə adamın olduğunu bildirsə də, sonradan onun tək olduğu söylənib.
Ərazi polis tərəfindən tamamilə mühasirəyə alınıb. Yaxınlıqdakı Avlabari metro stansiyası bağlanıb. Hadisə baş verən yerə təcili yardım briqadaları cəlb olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top