
Türkiyədə “İlin media fotosu” nominasiyasının qalibi Vətən müharibəsi ərəfəsində Gəncə şəhərində çəkilən foto olub.
Yeniavaz.com xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində yaxınının ölüm xəbərini alan qadının fotosu Türkiyədə “İlin media fotosu” yarışmasında birinci yerə layiq görülüb. Sözügedən yarışmanın münsiflər heyəti tərəfindən verilən qiymətləndirmədə, dünya mediasının Qarabağda baş verənlərə biganə qaldığı və bu fotoşəkil ilə Azərbaycan xalqının ədalətli mübarizəsinin olduğu vurğulanıb.
Qeyd edək ki, sözügedən fotonu “Sabah” qəzetinin müxbiri Uğur Yıldırım çəkmişdi.