
Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirlinin içində olduğu təyyarəsi havada texniki nasazlıq yaranıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bekir Pakdemirli və heyəti Ankaradan Şırnak bölgəsinə uçarkən təyyarənin motoru sıradan çıxıb. Pilotlar təcili enişlə bağlı məlumat verdikdən sonra dövlət rəsmiləri arasında gərgin anlar yaşanıb.
Qeyd edək ki, pilotlar təyyarəni heç bir bədbəxt hadisə yaşanmadan endirə bilib.
Həmin görüntüləri təqdim edirik: