Rusiya PUA istehalı üçün nəzərdə tutulan zavodun inşasına başladı


Rusiyada “Kronştadt” şirkəti pilotsuz uçan aparatların intensiv istehsalı üçün ilk zavodun tikintisinə başlayıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, zavod Moskva bölgəsində inşa ediləcək. Rusiya hökuməti həmin layihəyə 4 milyard rubl (təxminən 90 milyon manat) vəsait ayırıb. 
Qeyd edək ki, son bir neçə ayda dünyada bir çox ölkə PUA sahəsinin inkişafı ilə bağlı addımlar atmağa başlayıb. Xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra Rusiya pilotsuz təyyarə istehsalı ilə bağlı yeni layihələr təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top