SOCAR Azərbaycanda neft hasilatının 6% azaldığını AÇIQLADI


Bu ilin birinci rübündə SOCAR tərəfindən 1 milyon 924 min 675 ton neft, 1 milyard 916 milyon 496 min kubmetr qaz hasil olunub.
Yeniavaz.com SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə SOCAR-ın neft hasilatı 3 min 477 ton və ya 0,2%, qaz hasilatı isə 102 milyon kubmetr və ya 5,6% artıb.
Məlumatda bildirilir ki, ilk 3 ay ərzində olkə üzrə ümumilikdə 8 milyon 753 min 339 ton neft hasil olunub.
Qeyd edək ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 551 min 673 ton və ya 5,9% azalıb. Hesabat dövründə ölkə üzrə  qaz hasilatı 10 milyard 398 milyon 786 min kubmetr olub və ötən ilin eyni dövrü ilə müqayisədə 407 milyon 472 ton və ya 4,1% artıb. 
Açıqlanan məlumatda həmçinin qeyd olunur ki, birinci rüb ərzində SOCAR tərəfindən 4,5 milyon ton xam neft, 512 milyon kubmetrə yaxın təbii qaz ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top