Ən çox bahalanan məhsulların adları AÇIQLANDI


Bu ilin yanvar-mart Azərbaycanda istehlak mallarının qiymətləri 2020-ci ilin yanvar-mart aylarına nisbətən 3,9% bahalanıb.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən  bildirir ki, bu dövürdə qiymət artımı ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə  4,8%, qeyri-ərzaq məhsulları üzrə 3,6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 2,6% olub.
Cari ilin mart ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,9%, əvvəlki ilin mart ayına nisbətən 4,1% artıb.
Mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri fevral ayına nisbətən 1,8%, əvvəlki ilin mart ayına nisbətən 4,8% artıb.
Bu ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının, ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2%, əvvəlki ilin mart ayına nisbətən 3,7% artıb. Bu ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, kəsilmiş taxtaların, sementin, kərpicin, paltaryuyan maşınların, kondisionerlərin, saç üçün şampunların, ucuzlaşma isə əsasən mobil telefonların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

DİGƏR XƏBƏRLƏR

Top