Kral ailəsində qalmaqal: "Şahzadə Filipin dəfnində nə geyinək?"


Ötən həftə vəfat edən İngiltərə kraliçası 2-ci Yelizavetanın həyat yoldaşı Şahzadə Filipin dəfnində iştirak etmək istəyən ailə üzvləri arasında geyim qalmaqalı yaşanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sarayda kraliçanın oğlu şahzadə Endryu və nəvəsi şahzadə Harrinin yas mərasimi üçün təyin olunmuş ənənəvi uniformanı geyinmək istəməməsi səbəbilə qalmaqal yaşanıb. Belə ki, şahzadə Harri mərasimə evləndiyi vaxt istifadə etdiyi uniformanı geyinmək istəyib. Ancaq buna icazə verilməyib. Mübahisələrdən sonra 2-ci Yelizaveta bildirib ki, mərasimdə heç kəs xüsusi uniforma geyinməyəcək. Bundan sonra ailənin kişi üzvlərinin kostyum geyinəcəyinə qərar verilib.

DİGƏR XƏBƏRLƏR

Top