
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “GP Klinik S” MMC barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu gün - 16.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.
Məlumat üçün bildirək ki, Nəsimi rayonu Cavadxan kuc.ev 17, mən 106 və M. Cəfərov küşəsi 10 ünvanlarında fəaliyyıt göstərdiyi bildirilən “GP Klinik S” MMC-nin hazırda dövlət büdcəsinə 16 min 131 manat 61 qəpik vergi borcu var.
Onu da qeyd edək ki, dövlət büdcəsinə vergi borcu olan təkcə “GP Klinik S” MMC deyil. Hazırda bir çox aparıcı özəl tibb müəssisəsinin də dövlət büdcəsinə vergi borcları var.
Dövlət büdcəsinə vergi borcu olan özəl tibb müəssisəsələrinin bəzilərinin siyahısını təqdim edirik:
Klinika | Şirkət | Ünvan | Vergi borcu |
“MEDİSTYLE HOSPİTAL” və “AVRASİYA KLİNİKASI” | “RENESSANS-S” MMC | Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 116 və Xətai rayonu, A.Cəlilov küçəsi 20 | 8 655 744.66 manat |
“AVRASİYA KLİNİKASI” | “VİOLA” MMC | Binəqədi rayonu, Azadlıq prospekti 189 | 2 813 476.88 manat |
“URUD FİRMASI”, “URUD KLİNİKASI”, “URUD ANDROLOJİ MƏRKƏZ”, “URUD TİBB MƏRKƏZİ” | “DOKTOR CANPOLAD” MMC | Nəsimi rayonu, Mərdanov qardaşlatı 41/47 | 37 983.38 manat |
“GP KLİNİK S” | “GP KLİNİK S” MMC | Nəsimi rayonu Cavadxan kuc.ev 17, mən 106 və M. Cəfərov küşəsi 10 | 16 131.61 manat |
“ASTORİYA TİBB MƏRKƏZİ” | “ASTORİYA TİBB MƏRKƏZİ” MMC | Yasamal rayonu, İ.Qurtqaşınli küçəsi 50 | 15 000.89 manat |
“ATLAS MEDİCAL CENTER” | “ATLAS MEDİCAL CENTER” MMC | Nərimonov rayonu, Xətai prospekti ev 15 | 7 008.54 manat |
“LOĞMED” | “LOĞMED” MMC | Nizami rayonu, K.Balakişiyev küçəsi 61 | 29 554.21 manat |
“ŞƏRQ-QƏRB TƏBABƏTİ” | “ŞƏRQ-QƏRB TƏBABƏTİ” MMC | Binəqədi rayonu, Azadlıq prospekti 187 | 3 011.34 manat |
“NEW MED” | “TURAY ŞİRKƏTİ” MMC | Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi 29B | 6 210.42 manat |
“HİPPOKRAT TİBB MÜƏSSİSƏSİ” | “HİPPOKRAT TİBB MÜƏSSİSƏSİ” MMC | Sumqayıt şəhəri,S.Vurğun küçəsi 139 | 3 482.78 manat |
“DIMED” | “DIMED” MMC | Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 175 | 1 784.90 manat |