Məhəmməd bin Salman Boris Consonu təhdid etdi


Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Boris Consonu “Newcastle United” futbol klubuna görə təhdid edib.
Yeniavaz.com xarici xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi Səudiyyə Ərəbistanın vəliəhdinin İngiltərənin “Newcastle United” futbol klubunu satın almaq planını pozub. Şahzadə də bu səbəbdən İngiltərənin baş naziri Boris Consona mesaj göndərərək, iki ölkənin münasibətlərinin pisləşə biləcəyini bildirib. Conson da öz növbəsində sözügedən qərarın yenidən araşdırılmasını istəyib.
Qeyd edək ki, Premyer Liqa rəhbərliyi Səudiyyə Ərəbistanının dünyanın ən böyük pirat yayım şəbəkəsinə sahib olduğunu əsas gətirərək klubun Məhəmməd bin Salmana satılmasına icazə verməyib.

DİGƏR XƏBƏRLƏR

Top