
Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi olduğu deyilən şəxsin əlillik dərəcəsinin düzgün təyin edilməməsi ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, videogörüntüdə sözügedən şəxs əlillik dərəcəsinin düzgün təyin edilməməsinə etiraz edib və düzgün təyin edilmədiyi halda özünə kəsici alətlə xəsarət yetirəcəyini qeyd edib.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.
Agentlikdən Yeniavaz.com-a bildirdi ki, məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.