Ukrayna Türkiyə ilə turizm sahəsində yeni işlər görəcək - Zelenski


Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəni turizm sahəsində Rusiyanın verdiyi qərarın əksinə olaraq dəstəklədiyini bildirib.

Yeniavaz.com “rbc.ru”ya istinadən xəbər verir ki, Zelenski bu sözləri Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasında səsləndirib. O bildirib ki, iki ölkə arasında turizm sahəsində yeniliklərin tətbiq olunması ilə bağlı görüşləri olub:
“Ukrayna və Türkiyə turizminin artırılmasından danışırıq. İndi xüsusilə bir-birimizə dəstək olmalıyıq. Yəqin ki, Rusiyadan Türkiyəyə turistlərin gediş-gəlişinin məhdudlaşdırılacığını eşitmisiniz. Bu onların şəxsi işidir. Düşünürəm ki, biz əksinə turizmi artırmalıyıq və Türkiyəyə dəstək olmalıyıq”.
 

DİGƏR XƏBƏRLƏR

Top