Xalq artisti Eldar Quliyevin harada dəfn olunacağı bilindi - YENİLƏNİB


Xalq artisti, rejissor Eldar Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Bu barədə Yeniavaz.com-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onun dəfn yeri ailəsi tərəfindən (özünün vəsiyyəti ilə) mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığı müəyyən edilib.
 Allah rəhmət eləsin.

***10:26
Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, Xalq artsiti bu gün səhər dünyasını dəyişib.

Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top