
Azərbaycanın aparıcı banklarından biri olan “AFB Bank” ASC-nin bu ilin 1-ci rübü ərzində 4 milyon 425 min manat xalis mənfəət əldə edib.
Yeniavaz.com bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, “AFB Bank” ASC-nin xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən təxminən 2 dəfə artıb. Belə ki, 2020-ci ilin 1-ci rübündə bankın xalis mənfəəti 2 milyon 553 min manat olub. .
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayı ərzində bankın faiz və qeyri-faiz gəlirləri azalıb. Gəlirlərin azalmasına baxmayaraq mənfəətin armasında əsas səbəb ötən illə müqayisədə xərclərin də azalması olub. Bank ötən illə müqayisədə əmək haqqı ödənişlərini də azaldıb.
Məlumat üçün bildirək ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb. Bankın əsas səhimdarı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə məxsus olub. Daha sonra Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı) satılıb.
Onu da bildirək ki, mətbuatda “AFB Bank” ASC-nin yeni səhimdarı Hikmət İsmayılovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bugünə kimi təkzib olunmayıb.